Araz Abdullayevin faydasız qolu

Xəbərlər
25 Oktyabr 2024 16:21
55
Araz Abdullayevin faydasız qolu

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev I Liqada ikinci oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Qaradağ Lökbatan”da VI tur çərçivəsində “Bakı Sportinq”i qəbul edib.

Qonaqlar hesabı açdıqdan sonra hesabda geri düşüblər. 32 yaşlı Abdullayev 53-cü dəqiqədə assist, 64-cü dəqiqədə isə baxımlı qolla yadda qalıb. Amma “Qaradağ Lökbatan” üstünlüyünü qoruya bilməyib. Daha 2 qol vuran “Bakı Sportinq” 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qaradağ Lökbatan” 6 turdan sonra cəmi 1 xal yığa bilib.

İdman.biz

Məqalədə: