Emrelidən növbəti QOL

Xəbərlər
25 Oktyabr 2024 21:19
66
Emrelidən növbəti QOL

Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, "Nürnberq"də çıxış edən azərbaycanlı futbolçu "Regensburq"la görüşdə fərqlənib.

Millimizin üzvü 10-cu tur çərçivəsində keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində hesabı 2:0 edən qolun müəllifi olub. "Nürnberq" fasilədən sonra 3:2 öndədir.

Qeyd edək ki, Emreli ötən turda "Qroyter Furt"la (4:0) görüşdə hesabı açıb.

İdman.biz