Mahir fərqlənib, "Nürnberq" darmadağın edib

Xəbərlər
25 Oktyabr 2024 22:25
48
Mahir fərqlənib, "Nürnberq" darmadağın edib

Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya Bundesliqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun komandası 10-cu turda öz meydanında "Regensburq"la qarşılaşıb.

Məhsuldar keçən qarşılaşma "Nürnberq"in 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir 23-cü dəqiqədə vurulan qollardan birinin müəllifi olub. Emreli 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, ardıcıl ikinci qələbəsini qazanan "Nürnberq" 16 xalla 6-cı pilləyə yüksəlib.

İdman.biz