Azər Bağırov: "Mən hakimlərin ədalətinə inanmıram"

Xəbərlər
25 Oktyabr 2024 22:34
37
Azər Bağırov: "Mən hakimlərin ədalətinə inanmıram"

"Məncə, hamı üçün maraqlı oyun oldu. Sadəcə, bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər".

İdman.biz xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

O, Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a 1:2 hesablı məğlubiyyəti şərh edib: "Mənim üçün bəzi sürprizlər də, yaxşı cəhətlər də oldu. Oyunçulara təşəkkür edirəm. Bəzi məsələləri yəqin ki, görənlər qiymətləndirib, təhlil edəcəklər. Qapımıza vurulan ilk qol epizodu, oyunun son iki dəqiqəsində olmayan cərimələr müzakirə mövzusudur. Mən hakimlərin ədalətinə inanmıram. Komandanın psixoloji problemi yoxdur. Bu məğlubiyyət heç bir təsir də göstərə bilməz. Uşaqlar da gördülər ki, futbol necə olur. Futbol oynadılar. Hər iki hissədə maraqlı mübarizə apardılar. Hissəyə bölsək, uşaqlar daha üstün oynadılar. Yerdə qalan məsələləri deyə bilmərəm".

Qeyd edək ki, "Kəpəz" 3 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz