Kurban Berdiyev: "Bundan nəticə çıxarmalıyıq"

Xəbərlər
25 Oktyabr 2024 23:31
28
Kurban Berdiyev: "Bundan nəticə çıxarmalıyıq"

"Oyunun gedişatına əsasən onu deyə bilərəm ki, ən pis oyunlarımızdan biri oldu. Matçın əvvəlini istisna edə bilərik. Şükür Allaha qələbə qazandıq. Uşaqlara dedim ki, bundan nəticə çıxarmalıyıq".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Rusiyalı mütəxəsis Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"lə qarşılaşmada qeydə alınan 2:1 hesablı qələbəni şərh edib: "Oyunun əvvəlində futbolçularım daha diqqətli idilər. Fikirləri oyunda idi. Ancaq futbolçulara demişdim ki, "Kəpəz" hazırda layiq olduğu yerdə deyil. Onlar pis futbol oynamır. Sadəcə bəzi anlarda bəxtləri gətirmir. Ona görə biz tərəfdən qiymətləndirməmək ola bilməz".

Qeyd edək ki, 24 xal toplayan "Turan Tovuz" 2-ci pilləni tutur.

İdman.biz