Bu gün Azərbaycan kubokunda II təsnifat mərhələsi start götürüb.
İdman.biz xəbər verir ki, mərhələnin ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə qarşılaşması Tovuzda keçirilib. Misli Premyer Liqasının liderlərindən olan “Turan Tovuz” II Liqa təmsilçisi “Hypers Guba”nı sınağa çəkib. Meydan sahibləri çətinlik çəkmədən qələbə qazanıblar. Tovuzluların 7 qoluna qonaqlar cəmi 2 dəfə cavab verə biliblər.
Qeyd edək ki, II təsnifat mərhələsi oktyabrın 31-də başa çatacaq.
Azərbaycan kuboku
II təsnifat mərhələsi
28 oktyabr (bazar ertəsi)
20:00. “Turan Tovuz” – “Hypers Guba” - 7:2
Qollar: Ramil Əhmədov, 13 (öz qapısına), Ayxan Quseynov, 16, 25, Aleks Souza, 38, 39, Sadiq Quliyev, 56, Nahid Əliyev, 60 - İlqar Ələkbərov, 64, 68
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
“Turan Tovuz”: 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 39. Sadiq Quliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 11. Ayxan Quseynov 7. İsmayıl Zülfüqarlı 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 6. Araş Qaderi 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev 70. Məzahir Məmmədzadə 12. Ülvi Mədətov 3. Raul Məmmədov 27. Murad Dadaşev 22. Nahid Əliyev 34. Hüseyn Hüseynov
Baş məşqçi: Kurban Berdiyev
“Hypers Quba”: 98. Elxan Qasımov 10. Cavid İmamverdiyev (k) 5. Ramil Əhmədov 19. Nurlan Novruzov 14. İlqar Ələkbərov 25. Baxşəli Baxşəliyev 9. Ravil Yusifli 7. Elşən Veysov 77. Nicat Oruclu 99. Hakan Həsənov 57. Nihat Sarıyev
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 17. Nail Təhməzli 11. Nicat Abbasov 8. Hüseyn Mənəfli 6. Denis Edilov 49. Valeh Məmmədov
Baş məşqçi: Vüqar Nadirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu
İdman.biz