Azərbaycan çempionatında V turun cədvəli dəqiqləşib

Xəbərlər
28 Oktyabr 2024 12:50
48
Azərbaycan çempionatında V turun cədvəli dəqiqləşib

Minifutbol üzrə Azərbaycan çempionatında V turun cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, turun matçları oktyabrın 30-31-də keçiriləcək.

İlk oyun günündə 4 qarşılaşma baş tutacaq. Digər üç görüş ertəsi gün təşkil olunacaq.

Qeyd edək ki, matçlar Bakı Tennis Akademiyasında keçiriləcək.

Azərbaycan çempionatı
V tur
30 oktyabr

19:15. “AzNur” – “Atəşgah Suraxanı”
20:30. “Siyəzən” – “Birbaşa Bakı”
21:45. “Zirə” – “Star Bakı”
23:00. “Göyçə” – “Bakı145”
31 oktyabr
19:15. “Altay Füzuli” – “Sumqayıt”
20:30. “Şamaxı” – “Qalaksi”
21:45. “Çinar Zəngilan” – “Laçın”

İdman.biz