Rüfət Quliyevin “Bilis”dən ayrılma səbəbi: “Sözlərini tutmadılar...” - MÜSAHİBƏ

Xəbərlər
28 Oktyabr 2024 14:15
90
Rüfət Quliyevin “Bilis”dən ayrılma səbəbi: “Sözlərini tutmadılar...” - MÜSAHİBƏ

Albaniyanın “Bilis” komandasının sabiq məşqçisi Rüfət Quliyevin İdman.bizə müsahibəsi

- “Bilis”lə işbirliyiniz uzun çəkmədi. Komandadan gedinizi nə ilə əlaqələndirərdiz?

- Bu klubda cəmi iki ay çalışdım. Əsas komandada baş məşqçinin köməkçisi, U-21-də baş məşqçi vəzifəsini yerinə yetirirdim və U-19-a da nəzarət edirdim. Hər şey yaxşı idi. Başçılıq etdiyim U-21 5 oyunda 5 qələbə qazanmışdı. Eyniylə U-19-da da işlərim normal gedirdi. Lakin əsas komandada tam əksi idi. Hazırda da sonuncu pillələrdə qərarlaşıblar.

- Onda əsas komandanın nəticələrinə görə baş məşqçi postunda qalsa da, siz Albaniya təmsilçisini tərk etdiz?

- Klubun prezidenti ilə danışığımıza əsasən qalmağım və s. bütün xərclərimi ödəməli idilər. Vaxt gəlib çatanda isə başqa bir məbləğ dedilər. Bu, müqavilədə qeyd olmamışdı. Ona görə də anlaşılmazlıq yarandı. Bu şərtlərlə orda gündə 3 dəfə məşqdə idim. Amma bunun qarşılığında gözlənilməz rəftar gördüm. Ona görə də klubdan ayrıldım. Düzdür, onlar məni təzədən qaytarmaq istəyirlər. Lakin şərtləri dəyişmirlər. Mən də bunlarla razı deyiləm. Ona görə də “Bilis”ə qayıtmamağa qərar verdim.

- Bəs digər təkliflər də var?

- ⁠Danışıqlar gedir. Təklif gözləyirik. Ümid edirəm ki, bir qərara gələcəm.

- Millinin sabiq futbolçusu Amil Yunanov da “Bilis”də çıxış edir. Onun cəmi 1 oyuna çıxmasının səbəbi nədir?

- ⁠Amil də bu haqsızlıqlarla üzləşib. Ona da bir sıra vədlər verilib, əməl etməyiblər. Bu səbəbdən də vəziyyəti çətinləşib. Bu suala özü cavab versə, daha yaxşı olar. Lakin düşünürəm ki, Amil də orda qalmayacaq və qayıdacaq. Klub verdiyi sözləri yerinə yetirmədiyi üçün onlarla işləmək düzgün gəlmir.

Banuçiçək Hüseynli
İdman.biz