“Fakel”in qapıçısı Azərbaycan millisində oynamaq şansını qiymətləndirib

Xəbərlər
28 Oktyabr 2024 15:23
143
“Fakel”in qapıçısı Azərbaycan millisində oynamaq şansını qiymətləndirib

“Azərbaycan millisində oynamağımla bağlı bəzi söhbətlər, şayiələr var idi”.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın “Fakel” klubunun qapıçısı Vitali Qudiyev deyib.

Azərbaycan millisinin sabiq qolkiperi, milliləşən rusiyalı Kazimir Qudiyevin oğlu atasının yolu ilə getmək ehtimalına münasibət bildirib: “Amma yox. Mən Rusiyada irəliləmək istəyirəm. Hazırda prioritet Rusiya millisidir”.

Qeyd edək ki, Qudiyev mövsümün 9 oyununda 15 qol buraxıb. 1996-97-ci illərdə yığmamızda oynayan Kazimir Qudiyev 3 matçda 7 top buraxıb.

İdman.biz