“Mançester Yunayted” Erik Ten Haqla vidalaşıb

Xəbərlər
28 Oktyabr 2024 16:16
50
“Mançester Yunayted” Erik Ten Haqla vidalaşıb

“Mançester Yunayted” baş məşqçi Erik Ten Haqla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Niderlandlı mütəxəssisi həmyerlisi əvəz edib. Komandanın müvəqqəti baş məşqçisi Rud van Nistelroy olacaq.

Qeyd edək ki, Premyer Liqada 9 oyunda 11 xal toplayan Mançester təmsilçisi 14-cü pillədə qərarlaşıb.

İdman.biz