Ronaldonu görmək üçün 7 aylıq səyahət

Xəbərlər
28 Oktyabr 2024 16:50
163
Ronaldonu görmək üçün 7 aylıq səyahət

Kriştiano Ronaldonun fanatı kumiri ilə görüşmək üçün 7 ay ərzində velosipedlə 13 min km yol qət edib.

İdman.biz xəbər verir ki, 24 yaşlı çinli Qonq səyahətinə 2024-cü il martın 18-də başlayıb.

Anhui əyalətindən yola çıxan azarkeş yeddi ay sonra, oktyabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatıb. Asiyalı fanat “Əl-Nəsr”ın hücumçusu ilə görüşüb.

Azarkeş əvvəlcə Pekinə, oradan da Qazaxıstana yollanıb. Gürcüstan, İran, Qətər və Ermənistandan da keçən Qonq Səudiyyə Ərəbistanına çatıb. O, Ronaldo ilə klubun bazasında görüşüb. Ulduz futbolçu çinliyə "Əl-Nəsr"in matçına biletlər və imzalı formasını verib.

İdman.biz