De Blekerdən “Qarabağ”ın penaltisinə münasibət: “Bu, səhv qərardır”

Xəbərlər
28 Oktyabr 2024 17:52
213
De Blekerdən “Qarabağ”ın penaltisinə münasibət: “Bu, səhv qərardır”

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turundakı oyunlarda mübahisəli epizodlara aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında həmin vəziyyətləri şərh edib.

O, “Turan Tovuz” – “Kəpəz” matçının 13-cü dəqiqəsində yaşananları belə izah edib: “Cərimə meydançasının daxilində “Turan Tovuz”un 25 nömrəli oyunçusu (Denis Marandiçi) və “Kəpəz”in 70 nömrəli futbolçusu (Nicat Süleymanov) arasında baş verən mübarizə zamanı yaxşı mövqedə olan baş hakim “Turan Tovuz”un oyunçusunun sol ayağı ilə mümkün yüngül toxunuşunu nəzərə alaraq, penalti təyin etməmək qərarını qəbul etdi. Hər kontakt qayda pozuntusu deyildir… Yüngül toxunuşlara görə penalti təyin etməmək haqqında beynəlxalq təlimatları əsas tutan hakimin qərarını dəstəkləyirik. Bu vəziyyətdə VAR mudaxiləsi edilmir. 15-ci dəqiqədə “Turan Tovuz”un 77 nömrəli oyunçusu (Veysəl Rzayev) qol vurdu və qol hakim tərəfindən təsdiqləndi. VAR qoldan öncə mümkün əl ilə oyun qayda pozuntusu olub-olmaması ilə bağlı bütün görüntüləri yoxladı. VAR mümkün əl ilə oyun qayda pozuntusunu görmək üçün aydın görüntülərə malik olmadığından, baş hakimin qəbul etdiyi qərarı təsdiqlədi. 56-cı dəqiqədə “Turan Tovuz”un 9 nömrəli oyunçusu (kapitan Kristian da Silva) top havada olarkən topa oynamağa cəhd etdikdə qayda pozuntusu etdi. Hakim qayda pozuntusunu qeydə aldı və vərəqə göstərmədi. Çünki “Turan Tovuz”un futbolçusu açıq-aşkar topa baxırdı. O, topa və rəqibin bədəninə təmas etdi. Təmas ayağın içi ilə aşağı intensivlikdə baş verdi. Bu, ehtiyatsız qayda pozuntusu idi və qəsdən edilməmişdi. Hakim oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmamaq qərarını düzgün qəbul etdi. Oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovmaq üçün qaydalar aydındır - qayda pozuntusu açıq-aşkar və düşüncəsiz manerada olmalıdır (“Turan Tovuz” komandasının 9 nömrəli oyunçusu 55-ci dəqiqədə sarı vərəqə aldı)”.

Komitə rəhbəri “Qarabağ” – “Şamaxı” matçına da toxunub: “48-ci dəqiqədə hakim “Qarabağ”ın lehinə penalti qərarını verir. VAR görüntüləri izləyir və hakimin qərarını təsdiqləyir. Bu, səhv qərardır. Mübarizə zamanı hücumçu topa oynayır, lakin müdafiəçi də topa toxunur. Bu epizodda VAR müdaxiləsi gözlənilirdi”.

Qeyd edək ki, “Turan Tovuz” “Kəpəz”i 2:1, “Qarabağ” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

İdman.biz