“Mançester Yunayted”in Ruben Amorimə təklifinin detalları bəlli olub.
İdman.biz xəbər verir ki, İngiltərə klubu baş məşqçi postuna gətirmək istədiyi mütəxəssisə 2+1 illik müqavilə təklif edib.
Mançesterlilər çalışdırıcıya ildə 8 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” Amorimin hazırda çalışdığı “Sportinq”ə də 10 milyon avro verməlidir.
Qeyd edək ki, Premyer Liqa klubu niderlandlı baş məşqçisi Erik Ten Haqla yollarını ayırıb.
İdman.biz