Azərbaycan kubokunda II təsnifat mərhələsinin üçüncü gününə yekun vurulub.
İdman.biz xəbər verir ki, bu gün dörd qarşılaşma baş tutub.
Premyer Liqa təmsilçisi “Şamaxı” öz meydanında “Şəmkir”ə böyük hesabla qalib gəlib – 6:1. “Qaradağ Lökbatan” I Liqanın lideri “Karvan”ı üç cavabsız qolla keçib.
“Mingəçevir” “Zaqatala” ilə ev matçının taleyini bir qolla həll edib. Meydan sahiblərinin qalib gələ bilmədiyi yeganə görüşdə “Difai” “Şəfa”nı üstələyib.
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 31-də yekun vurulacaq.
Azərbaycan kuboku
II təsnifat mərhələsi
30 oktyabr
14:00. “Şamaxı” – “Şəmkir” - 6:1
Baş hakim: Kamran Əliyev
Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala” - 1:0
Baş hakim: Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan” - 3:0
Baş hakim: İslam Məmmədov
Lökbatan OİK stadionu
15:00. “Şəfa” – “Difai” - 2:2, ə.v. 0:1
Baş hakim: Vüqar Həsənli
“ASK Arena”
İdman.biz