Azərbaycan klubuna ciddi xəbərdarlıq

Xəbərlər
30 Oktyabr 2024 12:39
49
Azərbaycan klubuna ciddi xəbərdarlıq

AFFA-nın İntizam Komitəsi 15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında yaşanan qalmaqala münasibət bildirib.

İdman.biz xəbər verir ki, qurum U-15 Liqasında keçirilən “Asta” – “Şamaxı” oyununda baş verənləri araşdırıb.

Meydan sahiblərinin rəsmisi Rüstəm Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb. AFFA onu 5 oyunluq diskvalifikasiya edib.

Qarşılaşma bitdikdən sonra “Asta”nın klub rəsmiləri və futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə ediblər. AFFA kluba ciddi xəbərdarlıq etməklə kifayətlənib.

İdman.biz

Məqalədə: