“Azərbaycan millisinin skautları mənə zəng etmişdilər”.
İdman.biz xəbər verir ki, bunu Ukraynanın “Metallist” klubunun futbolçusu Ramik Hacıyev deyib.
Azərbaycanda anadan olan hücumçu millimizdə oynamaq təklifindən imtina etdiyini açıqlayıb: “Onlar məni Azərbaycan yığmasında görmək istəyirdilər. Bu ölkənin futbol federasiyasının özü isə mənimlə əlaqə saxlamayıb. Deyilirdi ki, pasport düzəltmək çətin olmayacaq, əsas razılığımdır. Mən imtina etdim. Hazırda mənim son qərarımdır. Ukrayna yığmasında oynamaq istəyirəm”.
Qeyd edək ki, Hacıyev “Metallist”ə “Dnepr-1”dən keçib. O, Ukraynanın U-19 yığmasında 7 oyunda iştirak edib.
İdman.biz