Azərbaycan kubokunda 1/8 finalın daha üç cütü bəlli olub.
İdman.biz xəbər verir ki, bu, II təsnifat mərhələsinin başa çatan görüşlərindən sonra müəyyənləşib.
“Zaqatala”nı 1:0 hesabı ilə məğlub edən “Mingəçevir” “Araz-Naxçıvan”a rəqib olub. Matç Naxçıvan təmsilçisinin meydanında keçiriləcək.
“Şəmkir”i 6:1 hesabı ilə məğlub edən “Şamaxı” isə 1/8 finalda “Zirə” ilə görüşəcək. Bu qarşılaşma Bakı təmsilçisinin meydanında baş tutacaq.
“Karvan”a 3 cavabsız qol vuran “Qaradağ Lökbatan” “Səbail”ilə üz-üzə gələcək. Paytaxt derbisinə I Liqa təmsilçisi ev sahibliyi edəcək.
Qeyd edək ki, 1/8 final matçları dekabrın 3-4-də keçiriləcək. Mərhələnin əvvəlki günlərində “Sumqayıt” – MOİK, “Turan Tovuz” - “Sabah” cütləri dəqiqləşib.
İdman.biz