Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində keçirəcəyi oyunlarından ikisi İTV ilə yayımlanacaq.
İdman.biz xəbər verir ki, bu barədə İctimai Televiziyanın mətbuat xidməti paylaşım edib.
“Qarabağ”ın IV turda “Bodo Qlimt”lə qarşılaşması İTV-də nümayiş olunacaq. Noyabrın 7-də Norveçdə keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Qarabağ"ın mərhələnin son turundakı matçı da yayım hüququ İctimai Televiziyaya məxsusdur. Təmsilçimiz VIII turda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. 2025-ci il yanvarın 30-da keçiriləcək görüş saat 00:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”ın digər matçları “CBC Sport”la yayımlanır.
İdman.biz