“Qara Qarayev Azərbaycanda öz sözünü demiş futbolçulardandır”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, Qara Qarayevin “Araz-Naxçıvan”a keçidinə münasibət bildirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, hər bir komandanın 32 yaşlı yarımmüdafiəçinin köməyinə ehtiyacı ola bilər: “Araz-Naxçıvan” bu il avrokuboka düşməyi hədəfləyib. Klub rəhbərliyi tərəfindən komandada rəqabət yaratmaq üçün işlər görülür. Bu baxımdan təqdirə layiqdir ki, belə səviyyəli futbolçuları götürüb, heyətdə rəqabət yaradırlar. Qara özü üçün yeni səhifə açdı. Təbii ki, çempionat yeni başlayıb. Ola bilər ki, ilk turlarda fiziki baxımdan “axsasın”. Amma milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləsindən sonra daha yaxşı formada qayıdacağına inanıram”.
Qeyd edək ki, Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Banuçiçək Hüseynli
İdman.biz