Fransanın ən təcrübəli hakimi sayılan Ruddi Buke Liqa1-in oyunlarının idarəçiliyindən kənarlaşdırılıb.
İdman.biz xəbər verir ki, 47 yaşlı referi bundan sonra Liqa2-də fit çalacaq.
Ədalət təmsilçisinin belə cəzalanmasına testləri verə bilməməsi səbəb olub. Buke fiziki hazırlıq imtahanından kəsilib. Bundan sonra daha aşağı tələblərin olduğu Liqa2 üçün imtahana qatılan referi bütün testlərdən uğurla keçib.
Qeyd edək ki, 2011-20-ci illərdə FİFA hakimi olan Buke Azərbaycan çempionu “Qarabağ”ın “Atletiko” ilə Bakıdakı görüşünün baş hakimi olub. Çempionlar Liqasının 2017/18 mövsümünün qarşılaşması 0:0 hesabı ilə başa çatıb. O, 2015-ci ildə millimizin Xorvatiya ilə Bakıdakı qolsuz heç-heçəsinə də şahid olub.
İdman.biz