Azərbaycan kubokunda 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.
İdman.biz xəbər verir ki, “Neftçi”nin rəqibi “Şəfa” – “Difai” görüşündə dəqiqləşib.
3:2 hesabı ilə qalib gələn Ağsu təmsilçisi paytaxt təmsilçisinə rəqib olub. Bu oyun “Neftçi”nin meydanında keçiriləcək. Mərhələnin matçları dekabrın 3-4-də baş tutacaq.
Qeyd edək ki, bunadək 1/8 finalın daha 5 cütü dəqiqləşib. Bu mərhələdə “Sumqayıt” – MOİK, “Turan Tovuz” - “Sabah”, “Zirə” – “Şamaxı”, “Qaradağ Lökbatan” - “Səbail” və “Araz-Naxçıvan” – “Mingəçevir” görüşləri baş tutacaq.
İdman.biz