Millinin əfsanəsinə vəzifə verilib

Xəbərlər
2 Noyabr 2024 13:00
118
Millinin əfsanəsinə vəzifə verilib

“Mançester Yunayted”in sabiq futbolçusu Duayt Yorkun yeni iş yeri bəlli olub.

İdman.biz xəbər verir ki, Trinidad və Tobaqo futbolunun əfsanəsi yığmanın baş məşqçisi vəzifəsinə təyin edilib.

52 yaşlı mütəxəssis buna qədər Avstraliyanın A liqasının “Makartur” klubunun baş məşqçisi olub. Onun rəhbərlik edəcəyi yığma hazırda FİFA reytinqində 102-cidir.

York futbolçu kimi 72 oyun keçirdiyi millidə 19 qol vurub. O, DÇ-2006-nın final mərhələsində komandanın kapitanı olub.

Qeyd edək ki, futbolçu karyerasını 2009-cu ildə başa vuran York “Mançester Yunayted”in heyətində Çempionlar Liqasının qalibi və üç dəfə Premyer Liqanın çempionu adını qazanıb.

İdman.biz