Azərbaycanlı futbolçu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Nürnberq" səfərdə "Hamburq"un qonağı olub.
90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol vurublar. Məhz Mahir komandasını məğlubiyyətdən xilas edib. Emreli 62-ci dəqiqədə dəqiq zərbə ilə topu qapıdan keçirib.
Qeyd edək ki, "Nürnberq" 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.
İdman.biz