Klublarımız "Əl-İttihad"ın forvardına elçi düşüb

Xəbərlər
4 Noyabr 2024 16:47
128
Klublarımız "Əl-İttihad"ın forvardına elçi düşüb

"Sabah"ın sabiq forvardı Emmanuel Apeh yenidən Azərbaycana gələ bilər.

İdman.biz xəbər verir ki, nigeriyalı hücumçunun xidmətində “Turan Tovuz” və “Araz-Naxçıvan” maraqlıdır.

28 yaşlı futbolçunun özü də ölkəmizə qayıtmağa müsbət yanaşır. “Sabah”ı tərk etdikdən sonra Misirin “Əl-İttihad” klubu ilə anlaşmış nigeriyalı 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.

Maliyyə məsələlərində razılaşma olarsa, Apehi yenidən Premyer Liqamızda görəcəyik. Emmanuel karyerası ərzində “Lorka”, “Selta”B, “Tenerife”, “Alkorkon” klublarında da oynayıb (sportal.az).

İdman.biz

Məqalədə: