Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov İsveçə yollana bilər.
İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu “Myalbü”nün transfer siyahısındadır.
İsveç Yüksək Liqasında çıxış edən klub qışda Məmmədovu “Radomiak”dan heyətinə qatmağı planlaşdırır. Rahilin Polşa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, hazırkı komandasına bu yay keçib. Millimizin futbolçusu “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, “LKS Lodz” klublarında oynayıb (apasport.az).
Qeyd edək ki, Məmmədovu heyətinə qatmaq istəyən “Myalbü” 29 turdan sonra 5-ci pillədədir.
İdman.biz