İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Xın Minlə bağlı yekun qərarını verib.
İdman.biz xəbər verir ki, London təmsilçisi cənubi koreyalını heyətində saxlayacaq.
Premyer Liqa klubu 32 yaşlı futbolçunun müqaviləsindəki uzadılma bəndini aktivləşdirmək niyyətindədir. Bununla da anlaşması mövsümün sonunda başa çatacaq Son 2026-cı ilin yayına qədər Londonda qalacaq.
Qeyd edək ki, asiyalı futbolçu 2015-ci ildən “Tottenhem”in formasını geyinir.
İdman.biz