Noyabrın 7-də keçiriləcək Avropa Liqasının 4-cü turu çərçivəsində "Bodo Qlimt" - "Qarabağ" matçı bir dəqiqəlik sükutla start götürəcək.
İdman.biz xəbər verir ki, UEFA-nın bayrağı altında keçiriləcək oyunlar zamanı İspaniyada daşqın qurbanlarının xatirəsi yad ediləcək.
Avropanın ali futbol qurumunun yaydığı bəyanatda bu barədə deyilib: "Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar Valensiya və ətraf bölgələrdə ölümcül daşqın qurbanları və zərərçəkənlər 1 dəqiqəlik sükutla yad edillməsi ilə start götürəcək".
Qeyd edək ki, təbii fəlakət zamanı 200-dən çox insan həyatını itirib.
İdman.biz