“Mənim fikrimcə, Mahir o qədər də yaxşı oynamadı”.
İdman.biz xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.
O, 2-ci Bundesliqanın son üç oyununda qol vuran Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini açıqlayıb. Kloze forvardın “Hamburq”la matçdakı (1:1) oyunundan narazı qalıb: “Mahir topla kifayət qədər yaxşı oynamırdı. O, yetərincə çevik deyildi. Qapı önündə lazım olan mövqelərə gec açılırdı”.
Qeyd edək ki, Emreli üçü çempionat, biri kubokda olmaqla son dörd görüşdə meydandan qolsuz ayrılmayıb.
İdman.biz