İspaniyanın “Osasuna” klubunun futbolçusu Ruben Qarsiya Kral Kubokunda “Çiçlana”ya qarşı bu gün keçiriləcək oyundan imtina edib.
İdman.biz xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin son günlər Valensiya şəhərində DANA tufanının təsirlərinin aradan qaldırılmasına kömək etməsidir.
Hativa bölgəsində doğulan Ruben burada fəlakətdən sonra təmizlik işlərinə kömək edir. Buna görə Qarsiya klubuna kubokda olmayacağı barədə müraciət edib və müsbət cavab alıb.
Rubenin palçıq təmizləyərkən yayılan fotoları da böyük marağa səbəb olub.
Qeyd edək ki, son məlumatlara əsasən DANA tufanından sonra ölənlərin sayı 217 nəfərə çatıb.
İdman.biz