"Hazırda "Turan Tovuz" komandasındayam, "Səbail"lə bağlı ortada ciddi heç bir şey yoxdur".
Bunu İdman.bizə "Turan Tovuz" klubunun məşqçisi Cavid Hüseynov deyib.
O, "Səbail"in baş məşqçisi olacağı ilə bağlı yayılan iddialara münasibət bildirib: "Mən indi “Turan Tovuz” komandasında iclasa girirəm. Bu məsələ ilə bağlı heç bir fikir bildirmək istəmirəm. Nəsə danışmaq etik qaydalara uyğun deyil".
Qeyd edək ki, Şahin Diniyev Premyer Liqada "Səbail" "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqdan sonra istefa verib.
Aytac Sahəd
İdman.biz