Misli Premyer Liqasının XII turunun “Turan Tovuz” – “Qarabağ” oyununda yaşananlara hüquqi qiymət verilib.
İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi baş verənləri müzakirə etdikdən sonra hər iki klubla bağlı qərar çıxarıb.
“Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz təmsilçisi 800 manat ziyana düşüb.
“Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər isə qonaqlar tərəfindən ödəniləcək.
İdman.biz