“Kəpəz”in ikinci komandası 5 oyunu baş məşqçisiz keçirəcək.
İdman.biz xəbər verir ki, buna baş məşqçi Xaliq Mərdanovun cəzası səbəb olub.
AFFA-nın İntizam Komitəsi çalışdırıcını cəzalandırıb. O, “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Bu üzdən baş məşqçi 5 oyun cəzalandırılıb. Gəncə klubu isə 400 manat cərimələnib.
İdman.biz