Azərbaycan çempionu “Qarabağ” Norveçə yola düşüb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa Liqasının “Bodo Qlimt”lə oyununa 2 gün əvvəldən yollanıb.
Turnirin Liqa mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Bodo təmsilçisi ilə noyabrın 7-də qarşılaşacaq. IV turun matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi ilk üç oyunda məğlub olub. Ağdam klubu “Tottenhem”ə səfərdə 0:3, “Malmö” və “Ayaks”a evdə müvafiq olaraq 1:2 və 0:3 hesabı ilə uduzub.
İdman.biz