Avropa Liqasının Liqa mərhələsində "Makkabi" (Təl-Əviv) ilə İstanbuldakı görüşü təxirə salınan "Beşiktaş" matçın Bakıda keçirilməsi üçün UEFA ilə danışıqlara başlayıb.
İdman.biz “oxu.az”a istinadən xəbər verir ki, Türkiyə rəsmiləri İsrail klubu ilə ortaq ölkə olaraq Azərbaycanı gördükləri üçün görüşün Bakıda keçirilməsini istəyirlər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyununun iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçirilməsi nəzərdə tutulub.
İdman.biz