"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok oyununu keçirib.
İdman.biz xəbər verir ki, Bakı klubu UEFA Gənclər Liqasında "Bazel"lə görüşüb.
Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunu daha çox formal xarakter daşıyıb. Səfərdə 0:6 hesabı ilə uduzan təmsilçimiz möcüzə arzusunda olsa da, bu dəfə də məğlub olub. Hər hissənin sonunda 1 qol vuran isveçrəlilər 2:1 üstün olublar. "Sabah"ın heyətindıə yeganə qolu 89-cu dəqiqədə Anar Hüseynov vurub.
Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, cavab oyunu
6 noyabr
18:00. "Sabah" – "Bazel" (İsveçrə) - 1:2
Qollar: Anar Hüseynov, 89 - Eliah Cordan, 37. Aqon Reçhay, 85
Baş hakim: Rustam Omarov (Qazaxıstan)
Bakı. "ASCO Arena"
İlk oyun – 0:6
İdman.biz