“Səbail”də müvəqqəti baş məşqçi

Xəbərlər
6 Noyabr 2024 13:02
205
“Səbail”də müvəqqəti baş məşqçi

“Səbail”in müvəqqəti baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Elvin Məmmədova həvalə olunub. Klubun U-19 komandasının çalışdırıcısı yeni baş məşqçinin təyinatına qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, bunadək komandanı çalışdıran Şahin Diniyev Misli Premyer Liqasının XII turunun “Kəpəz”lə oyunundan (0:1) sonra istefa verib.

İdman.biz