"Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev idman jurnalistlərindən şikayət edib.
İdman.biz xəbər verir ki, o, Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət ünvanlayıb.
Rəfiyev "Sports.az" və "Matc.az" saytlarında şərəf və ləyaqətinin alçaldığını iddia edib. O, idman saytlarında özü haqqında dərc olunan yazıların silinməsini və təkzib edilməsi tələbini irəli sürüb.
Prokurorluğa dəvət edilən baş redaktorlara xəbərdarlıq edilib.
İdman.biz