“Sabah” “Aberdin” və “Valletta” ilə eyni durumda - UĞURSUZLUQDA

Xəbərlər
7 Noyabr 2024 13:00
90
“Sabah” “Aberdin” və “Valletta” ilə eyni durumda - UĞURSUZLUQDA

UEFA Gənclər Liqasında Çempionlar yolunun 2-ci mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu olan “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası uğursuzluqla üzləşib.

Bakı klubu İsveçrə təmsilçisi “Bazel”ə hər iki matçda uduzub – 0:6, 1:2. İki oyunun cəmində 7 top fərqi ilə (1:8) məğlub olan “Sabah” mərhələnin ən acınacaqlı nəticələrindən birinə imza atıb.

Ümumiyyətlə bu mərhələdə 20 cüt qarşılaşıb. Onlardan yalnız 7-si yeddi və daha çox top fərqi ilə yekunlaşıb. Qazaxıstan “Kayrat”ı 10, Lüksemburq “Proqres”i, Litva “Jalgiris”i və Latviya “Dauqavpils”i 9 top fərqi ilə üzülüb. “Aberdin”lə “Valletta” isə “Sabah”la eyni aqibəti yaşayıb.

2-ci mərhələnin ən acınacaqlı məğlubiyyətləri:
10 top fərqi
“Betis” – “Kayrat” – 6:1, 5:0
9 top fərqi
“Proqres” – “Midtyulland” – 0:4, 0:5
“Jalgiris” – “Mançester Yunayted” – 2:5, 0:6
“Dauqavpils” – “Sassuolo” – 0:5, 0:4
7 top fərqi
“Bazel” – “Sabah” – 6:0, 2:1
“Aberdin” – “Puşkaş Akademiya” – 1:5, 0:3
“Oser” – “Valletta” – 5:0, 2:0

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: