Bombardir: “Qarabağ” qol vuracaq”

Xəbərlər
7 Noyabr 2024 15:48
104
Bombardir: “Qarabağ” qol vuracaq”

Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün “Bodo Qlimt”lə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, Rusiyanın Bombardir.ru portalı Norveçdəki qarşılaşma ilə bağlı proqnoz verib.

Şimallı mütəxəssislər görüşdə hər iki komandadan qol gözləyirlər: “Bodo Qlimt” öz meydanında favorit görünür. Bu fikir komandanın yaxşı hücum xətti və Avropa Liqasındakı sabit nəticələri sayəsində formalaşıb. Düzdür, komandanın müdafiə xətti zəif oyun göstərir və bu məqam son matçlarda daha qabarıq hiss olunur. Lakin “Bodo Qlimt”in yüksək məhsuldarlığı və doğma tribunaların dəstəyi həlledici rolu oynaya bilər. “Qarabağ” isə əksinə, Avropa Liqasında çətin vəziyyətdədir və beynəlxalq arenada o qədər də inamlı oyun göstərmir. Hərçənd milli çempionatda uğurla çıxış edir. “Bodo Qlimt”in qələbəyə nail ola biləcəyi gözlənilir. Amma hər iki komandanın hücum xətlərinin gücünü nəzərə alsaq, “Qarabağ”ın da meydan sahiblərinin qapısında imkanlar yaradacağını gözləməyə dəyər. Hər iki komanda – həm “Bodo Qlimt”, həm “Qarabağ” qol vuracaq, amma meydan sahibləri 2:1 hesablı qələbə qazanacaq”.

Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.biz