"Sportinq"in hücumçusu Viktor Qyokereş Çempionlar Liqasında həftənin futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İsveç yığmasının forvardı turnirin 4-cü turunun "Mançester Siti" ilə qarşılaşmasında het-trik edib. Qarşılaşma "Sportinq"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Viktor səsvermədə Luis Dias ("Liverpul") və Nikolas-Qerrit Kyunu ("Seltik") qabaqlayıb.
Qeyd edək ki, Qyokereş UEFA Millətlər Liqasında millimizlə noyabrın 19-da qarşılaşacaq İsveç millisinin heyətində çıxış edir. Viktor komandalar arasında Bakıda baş tutan və isveçlilərin 3:1 hesablı qələbəsi ilə başa çatan oyunda qollardan birinin müəllifi olub.
İdman.biz