"Məğlubiyyətə görə çox təəssüflənirəm. Məncə bizim komanda daha yaxşı oynamağa qadirdir".
İdman.biz xəbər verir ki, bunu "Bodo Qlimt"in kapitanı Patrik Berq Norveç mətbuatına açıqlamasında deyib.
Avropa Liqasında öz meydanında 1:2 hesabı ilə uduzan "Bodo Qlimt"in yeganə qoluna Berq imza atıb. O, hesab 1:1 olarkən ələ düşən fürsətlərdən istifadə edə bimədiklərini bildirib: "Karyeramın ən pis gecələrindən birini yaşadım. Biz həlledici anlarda son ötürməni edə bilmədik. Məqsədimiz topa nəzarət və rəqibi daha çox qaçmağa məcbur etmək idi. Amma biz bu işin öhdəsindən çox pis gəldik. Nəticədə rəqibə oynamaq imkanlar yaratdıq. Bu oyundan nəticə çıxarıb yolumuza davam etməliyik".
İdman.biz