Azərbaycan millisinin noyabrda keçiriləcək oyunlar üçün heyəti bəlli olub.
İdman.biz xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında açıqlayıb.
Portuqaliyalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlarara 24 futbolçu dəvət edib. Premyer Liqadan 18 oyunçunu heyətə daxil edən Santuş legioner həyatı yaşayan 6 futbolçunu da sərəncamında görəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.
1 |
Nicat Mehbalıyev |
Sabah |
2 |
Rza Cəfərov |
Neftçi |
3 |
Aydın Bayramov |
Zirə |
4 |
Abbas Hüseynov |
Qarabağ |
5 |
Amin Seydiyev |
Sabah |
6 |
Rahil Məmmədov |
Radomiak Radom, Polşa |
7 |
Bəhlul Mustafazadə |
Qarabağ |
8 |
Zamiq Əliyev |
Eqnatia, Albaniya |
9 |
Bədavi Hüseynov |
Qarabağ |
10 |
Anton Krivotsyuk |
Daejeon Hana Siti, Cənubi Koreya |
11 |
Elvin Cəfərquliyev |
Qarabağ |
12 |
Coşqun Diniyev |
Bandırmaspor, Türkiyə |
13 |
Aleksey İsayev |
Qarabağ |
14 |
Xəyal Nəcəfov |
Turan Tovuz |
15 |
Ceyhun Nuriyev |
Zirə |
16 |
Mustafa Əhmədzadə |
Araz-Naxçıvan |
17 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
18 |
Emin Mahmudov |
Neftçi |
19 |
Toral Bayramov |
Qarabağ |
20 |
Ozan Can Kökçü |
HJK, Finlandiya |
21 |
Rüstəm Əhmədzadə |
Zirə |
22 |
Ramil Şeydayev |
Neftçi |
23 |
Mahir Emreli |
Nürnberq, Almaniya |
24 |
Nəriman Axundzadə |
Qarabağ |
İdman.biz