Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, "Nürnberq" 12-ci turda "Kayzerslautern"i qonaq edib.
Mahirin start heyətində yer aldığı oyun 0:0 hesabı ilə başa çatıb. Emreli görüşün 73-cü dəqiqəsində əvəzlənib. Azərbaycanlı futbolçunun ardıcıl 4 oyunda qol seriyası başa çatıb. 27 yaşlı forvard 2-ci Bundesliqada 3, Almaniya kubokunda isə 1 dəfə fərqlənmişdi.
Qeyd edək ki, "Nürnberq" 18 xalla 6-ci pillədə qərarlaşıb.
İdman.biz