İtaliya C Seriyasında çıxış edən “Triestina” komandasının baş məşqçisi Pep Klotet gözlənilməz hərəkətlə diqqət çəkib.
İdman.biz xəbər verir ki, ispaniyalı çalışdırıcı "Djan Erminio" ilə 14-cü turun oyununda futbolçusunun qırmızı vərəqə aldığı üçün əsəbləşib.
35-ci dəqiqədə hücumçu Raimond Krollis oyundan qovulub. O, paltardəyişmə otağına gedərkən, məşqçi ona hirslə yaxınlaşaraq futbolkasına hücum edib.
Matç “Triestina”nın 0:1 hesabı ilə məğlubiyyəti ilə yekunlaşıb.
14 turdan sonra aktivində 6 xal olan "Triestina" turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb.
İdman.biz