Misli Premyer Liqasında XIII turun ikinci günü “Sabah” – “Kəpəz” matçı ilə yekunlaşacaq.
İdman.biz xəbər verir ki, turnir cədvəlinin ilk “beşliy”ində sonuncu olan paytaxt klubu ilə turnir cədvəlinin autsayderi arasında görüş rəqiblərin 10-cu qarşılaşması olacaq.
Əvvəlki 9 matçda “Kəpəz” qələbəyə həsrət qalıb. 7 qələbəsi olan Bakı klubu yalnız 2 dəfə xal itirib.
Paytaxt təmsilçisi bu oyunlarda yüksək məhsuldarlıqla diqqət çəkib. Hər görüşdə ən azı 2 qola imza atan “Sabah” 9 oyunda 24 top vurubsa, 9-nu buraxıb. Son üç dueldə hər iki komanda fərqlənməyi bacarıb.
Bakı təmsilçisi öz meydanında 3 qələbə qazanıb və 1 heç-heçə edib. Paytaxtdakı son iki görüşdə tərəflərin hər biri ən azı 2 qola sevinib.
Qeyd edək ki, “Sabah” – “Kəpəz” görüşü saat 19:30-da başlayacaq.
09.10.2022 |
Sabah (Bakı) - Kəpəz (Gəncə) |
5:0 |
14.12.2022 |
Kəpəz (Gəncə) - Sabah (Bakı) |
2:2 |
04.03.2023 |
Sabah (Bakı) - Kəpəz (Gəncə) |
2:0 |
05.05.2023 |
Kəpəz (Gəncə) - Sabah (Bakı) |
0:3 |
24.09.2023 |
Sabah (Bakı) - Kəpəz (Gəncə) |
2:2 |
03.12.2023 |
Kəpəz (Gəncə) - Sabah (Bakı) |
0:2 |
17.02.2024 |
Sabah (Bakı) - Kəpəz (Gəncə) |
3:2 |
21.04.2024 |
Kəpəz (Gəncə) - Sabah (Bakı) |
1:2 |
31.08.2024 |
Kəpəz (Gəncə) - Sabah (Bakı) |
2:3 |
İdman.biz