“Qarabağ”ın 1/8 final şansı nə qədərdir?

Xəbərlər
9 Noyabr 2024 18:00
289
“Qarabağ”ın 1/8 final şansı nə qədərdir?

Avropa Liqasının Liqa mərhələsinin IV turundan sonra komandaların növbəti raunda yüksəlmək ehtimalları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da şanslarına aydınlıq gəlib.

İlk dörd turda 3 xal toplayan Qurbanovun yetirmələrinin birbaşa 1/8 finala çıxmaq ehtimalı da var.

Amma bu şans minimal hesab olunur. Bu rəqəm 1 faizə bərabərdir.

Təmsilçimizin pley-off şansı 37 faizdir. “Qarabağ”ın mübarizəni bu mərhələdə dayandırmaq ehtimalı 62 faizlə qiymətləndirilir.

1-8-ci yerlərlə 1/8 finala – 1 faiz
9-16-cı yerlərlə pley-offa – 10 faiz
17-24-cü yerlərlə pley-offa – 27 faiz
25-36-cı yerlərlə turnirə vida – 62 faiz

Qeyd edək ki, hazırda ən şanslı komanda “Latsio” sayılır. İtaliya klubu 95 faiz 1/8 finala, 5 faiz pley-offa gedəcək.

İdman.biz

Məqalədə: