Azər Bağırovun təəssüfü: "Heç-heçəyə baxmaq belə istəmirik"

Xəbərlər
9 Noyabr 2024 21:56
67
Azər Bağırovun təəssüfü: "Heç-heçəyə baxmaq belə istəmirik"

"Emosiyalar qarışıq idi. Gərgin oyun oldu. Oyunu üç hissəyə bölərdim. Qola qədər, qoldan sonra və son dəqiqələr".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Sabah"la görüşdə qeydə alınan 2:2 hesablı nəticəni şərh edib: "Qələbə qazanmaq istəyirdik. Heç-heçəyə baxmaq belə istəmirik, komandada qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəsən, heç-heçə sənin olacaq. Meydanda döyüşməyəcəksənsə, rəqib səni üstələyəcək. Birinci məqsədimiz döyüşkən, kimdənsə çəkinməyən komanda yaratmaqdır. İnanıram ki, fasilə xeyrimizə olacaq. Oyundan-oyuna döyüşkənlik, ritm artıb. Düşünürəm ki, xeyrimizə olacaq. Uşaqlar sona qədər mübarizə aparır. Son 4 turda əlavə vaxtlarda ekstra qələbə istəyi olur. Qorxaq adamla yola çıxmaq olmaz".

Qeyd edək ki, "Kəpəz" 7 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

İdman.biz