Millimizin mümkün qazancı

Xəbərlər
10 Noyabr 2024 12:50
150
Millimizin mümkün qazancı

Noyabrda keçiriləcək oyunların milli komandaların FİFA reytinqinə necə təsir edəcəyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Millətlər Liqasında son iki görüşünə çıxacaq Azərbaycan yığmasının mümkün qazancı və itkisi də bəlli olub.

Fernandu Santusun yetirmələri Qəbələdə Estoniyanı qəbul etdikdən sonra səfərdə İsveçlə görüşəcək. İki qələbə 19,33 xal qazandıracaq. Məğlubiyyətlər isə 10,67 xal itkisinə səbəb olacaq. Komandamıza ayı müsbət saldo ilə tamamlamaq üçün bir qələbə və ya iki heç-heçə kifayət edəcək.

16 noyabr
Azərbaycan – Estoniya

Millimizin qələbəsi: 7,27
Millimizin heç-heçəsi: -0,23
Millimizin məğlubiyyəti: -7,73

19 noyabr
İsveç – Azərbaycan

Millimizin qələbəsi: 12,06
Millimizin heç-heçəsi: 4,56
Millimizin məğlubiyyəti: -2,94

İdman.biz