Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu Monteneqro yığmasında dəvət alıb.
İdman.biz xəbər verir ki, “Qarabağ”dan Marko Yankoviç, “Neftçi”dən Edvin Kuç bu şansı qazanıb.
Monteneqro millisinin baş məşqçisi Robert Prosineçki hər iki futbolçunu komandanın 23 nəfərdən ibarət heyətinə daxil edib.
Qeyd edək ki, monteneqrolular Millətlər Liqasının qrup mərhələsinin son turlarında İslandiya (16 noyabr) və Türkiyə (19 noyabr) ilə qarşılaşacaqlar.
İdman.biz