Mahir, Toral və Bəhlul azarkeşlərlə görüşəcək

Xəbərlər
11 Noyabr 2024 12:50
188
Mahir, Toral və Bəhlul azarkeşlərlə görüşəcək

Azərbaycan millisinin futbolçuları – Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək.

İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində keçiriləcək. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.

Görüş noyabrın 12-də, saat 16:30-da “Gabala Garden Hotel”də olacaq.

İdman.biz